- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin “Tottenhem” klubuna qarşı keçirilmiş oyunla (0:1) bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, oyundan sonra bunları söyləyib:
“Gərgin oyun oldu. Fərdi mübarizədə rəqib bizdən üstün idi. Onlar atletik, biz isə texnikalı futbol oynayırıq. Amma sonadək dirəndik. Rəqib çoxlu sayda künc zərbəsi yerinə yetirdi. Onlardan yalnız biri qol oldu. “Anderlext”lə oyunda səhvə yol verməməliyik. Təəssüf ki, qrupda yaxşı oyun sərgiləməyimizə baxmayaraq, xeyli xal itirdik. Əks halda indi vəziyyətimiz tam fərqli olardı”.