- Baxış sayı: 30
- 06 Aprel 2025 13:06
- Baxış sayı: 46
- Aprel 04, 2025
- 0
“İlk dəqiqələrdən maraqlı oyun oldu. Dinamik matç keçdi və bunu gözləyirdik”. Allsport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalının ilk oyunu çərçivəsində keçirilən “Neftçi” ilə matçdan sonra deyib.
O, ikinci matçın da çətin keçəcəyini bildirib: “Düzdür, səfərdə 1:0-lıq qələbə üstünlük qazandırır. Lakin ikinci matç var. Üstəlik, rəqib “Neftçi” kimi komandadır. Oyuna gəlincə, ilk hissədən mübarizə var idi, qol vurduq. İkinci hissədə daha çox əks-hücumlar üzərində işlədik. Bilirdik ki, “Neftçi” daha çox hücum edəcək. Yaxşı əks-hücumlarımız da oldu”.
Sadıqov “məşqçi kimi ilk ilinizdə kuboku qazanmaq istəyirsinizmi” sualına belə cavab verib:
“Gecə-gündüz bu barədə düşünmürəm. Amma hər hansı yarışın içindəsənsə, sona qədər mübarizə aparmaq lazımdır. Biz də istər çempionatda, istərsə də, kubokda mübarizəmizi aparacağıq”.