- Baxış sayı: 27
- 26 Noyabr 2024 17:48
- Baxış sayı: 42
- Noyabr 26, 2024
- 0
DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Norveç oyunu ilə bağlı millimizin kapitanı Rəşad Sadıqov fikrini səsləndirib. Allsport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi skandinavlarla bağlı bunu deyib:
“Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üzərinə daha çox yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibdir, asan olmayacaq.
Rəqiblərə güclü dediyimiz üçün bizi qınayanlar da ola bilər. Amma milli komandalar səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük”.