- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının pley-off mərhələsində “Qarabağ” Danimarkanın “Kopenhagen” klubu ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, ilk oyun avqustun 15-i saat 20:00-da Bakıda keçiriləcək. Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı ona aid “feysbuk” səhifəsində belə bir açıqlama yayıb:
““Kopenhagen”lə oyunlar çətin olacaq. Rəqibin bu turnirdə kifayət qədər təcrübəsi var. Yaxşı komandadır, hava mubarizələrindən çox təhlükəlidirlər. Bu elə bir mərhələdir ki, hər bir nəticə qeydə alına bilər.
Sona qədər vuruşub yaxşı nəticə qazanmaq lazımdır. Çox saylı gələn mesajlardan dolayı start heyətdə kimin oynayıb oynamayacağını ancaq baş məşqçi qərar verə bilər. Heyətdə kifayət qədər yaxşı futbolçular var.
Start heyətində oynamaq üçün hamı alışıb yanır. Kim özünü yaxşı tərəfdən göstərəcək, o da oynayacaq”.