Rəşad Sadıqov: Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq

Xocalı faciəsindən 27 il ötüb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” qətliyamla bağlı Feysbuk hesabında kapitanı Rəşad Sadıqovun açıqlamasını yerləşdirib. Təcrübəli müdafiəçi Rusiyanın “Matç TV” kanalına müsahibəsində hazırkı klubunda forma geyməyin məsuliyyətindən danışıb:

“Xüsusilə, yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidi. Hamı bilir ki, torpaqlarımız işğal edilib, amma bu, müvəqqətidir. Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Beynəlxalq oyunlarımızı orada keçirməyi çox arzulayırıq. İnanırıq ki, bu, bizə qismət olacaq”. 

Kapitan onu da qeyd edib ki, baş məşqçiləri Qurban Qurbanov bütün komandaya daim bu hadisələri xatırladır: “Baş məşqçimiz imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı klubun şərəfini qoruduğumuzu yadımıza salır”.

Həmin kateqoriyadan