- Baxış sayı: 44
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” oyunundan əvvəl keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın futbolçusu Rəşad Sadiqov da iştirak edib. Allsport.az yarımmüdafiəçinin fikirlərini sizlərlə bölüşür:
“Borussiya”nın gözəl azarkeşləri var. Bu cür auditoriya qarşısında oynamaq hər bir futbolçu üçün xoşdur. 4 il bundan əvvəl “Qarabağ”ın heyətində bu stadionda “Borussiya”ya qarşı keçirdiyimiz oyunu unutmuşuq. Həmin görüşdə uduzsaq da, yaxşı mübarizə aparmışdıq. Komandamızda özünəinam var. Uğur qazana biləcəyimizə inanırıq. UEFA Avropa Liqasının ilk 3 oyununda qələbə qazana bilməmişik. İstəklə, həvəslə oynasaq, Dortmundda yaxşı nəticə qazana bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik”.