- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, müdafiəçimiz, söhbətdə komandanın azarkeşləri və Azərbaycanda futbola olan maraq barədə fikrini deyib:
“Düşünürəm ki, hazırda Azərbaycanda futbol populyarlığın ən yüksək səviyyəsindədir. Əlbəttə, keçmiş SSRİ vaxtı “Neftçi” komandasının yüksəliş dövrü ilə bunu müqayisə edə bilmərəm, çünki həmin vaxtlar hətta ölkə çempionatının oyunlarına çoxlu azarkeş gəlirdi. Yeni tariximizdə futbol heç vaxt belə populyar olmayıb.
“Qarabağ”ın azarkeşlərinə gəlincə deyə bilərəm ki, havadan da, oyunun nəticəsindən də asılı olmayaraq onlar həmişə komandanın yanındadır və bizi dəstəkləyirlər. Bizim aramızda bağlılıq var, hisslər var, biz bir-birimizə doğma insanlarıq.
Futbolçularımız azarkeşlərin çoxu ilə şəxsən tanışdırlar, daim ünsiyyətdədirlər. Avropa və çempionlar liqalarının oyunları zamanı stadionda ab-hava həqiqətən xüsusi olur. Bunu bizim legionerlərimiz də, bizimlə oyuna gələn komandalar da bilir. Azarkeşlərimiz stadionda əla ab-hava yaratmaqla rəqiblərimizə təzyiq göstərirlər”.