VİDEO
Rəşad Sadıqovdan üsyan: “Mən necə özümdən çıxdım?”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu (2:3) şərh edib. Allsport.az xəbər verir ki, o, mübarizəni dayandırdaqları matç barədə bunu deyib:

“Oyun haqqında çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən və sonra baxasan ki, oyunda nələr baş verib. Uşaqların alnından öpürəm, onları bağrıma basıram. Futbolçularımla qürur duyuram. Bu gün meydanda istədiyim komandanı gördüm. Onların 10 nəfərlə hücuma atılmaları, qol epizodu yaratlmaları təqdirəlayiqdir. Mənim görmək istədiyim “Zirə” budur. Komandamın gələcəyi var, daha yaxşı işlər görəcəyik.

Mən necə özümdən çıxdım? Baş hakimə bildirdim ki, penalti yoxdur, belə penalti vermirlər. Futbolçuların zəhmətinə heyfim gəlir. Bu məsələlərin kökündə nələrin durduğunu bilmirəm. Çox dərin məsələyə oxşayır. Çempionatda bizim xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var. Qapımıza verilən haqsız penaltilərin sayı bir deyil, iki deyil. Hansı birindən danışaq? Bilmirəm ki, bunun arxasında nə dayanır”.

Həmin kateqoriyadan