Rəşford “Mançester Yunayted”dən razıdır

Allsport.az xəbər verir ki, Markus Rəşford “Mançester Yunayted”də xoşbəxtdir və tezliklə onun müqaviləsinin uzadılması gözlənilir.

Hücumçu klubda işlərin gedişatından çox razıdır və komandanın tezliklə uğur qazana biləcəyini hiss edir.

25 yaşlı futbolçu ilə yaxında yeni müqavilə üzrə danışıqlar aparılacaq. İngiltərəli oyunçu Erik ten Haqın baş məşqçiliyi altında işləməyi xoşlayır.

Rəşford bu mövsüm premyer liqanın 29 oyununda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan