Rəşfordla bağlı yekun qərar

“Mançester Yunayted”in hücumçusu Markus Rəşford karyerasını birdəfəlik “Barselona”da davam etdirməyə yaxındır.

Allsport.az xəbər verir ki, hazırda icarə əsasında katalonların şərəfini qoruyan ingiltərəli futbolçunun transferi tam rəsmiləşmək üzrədir.

“Barselona” rəhbərliyi 28 yaşlı hücumçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Klub həmçinin futbolçunun müqaviləsində yer alan 30 milyon avroluq satınalma hüququnun aktivləşdirməyə hazır olduğunu bildirib.

Rəşford cari mövsümdə “Barselona”nın heyətində göstərdiyi oyunla rəhbərliyin və azarkeşlərin etimadını tam qazanıb. O, 34 matçda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan