- Baxış sayı: 155
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0

UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından öz ölkəsinin ən yaxşısı olan 32 komandanın da rəqibləri müəyyənləşib.
AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olmaqla turnirə vəsiqə qazanan “Rəvan” da rəqibini tanıyıb. Azərbaycan təmsilçisi püşkatma nəticəsində Moskva “Spartak”ına rəqib olub. Rusiya təmsilçisi ilə ilk oyun sentyabrın 29 və ya 30-da Moskvada, cavab matçı isə oktyabrın 20 və ya 21-də Bakıda keçiriləcək.
“Rəvan”ın növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı rəqiblərlə qarşılaşacağı da bəllidir. Püşkə əsasən “Spartak” – “Rəvan” cütünün qalibi növbəti mərhələdə “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşmalıdır. İkinci təsnifat mərhələsinin oyunları 3-4 və 24-25 noyabr tarixlərində keçiriləcək.