“Rəvan” Kalonasdan imtina etdi, Butenini çağırdı

Topaz Premyer Liqasının 3-cü turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Rəvan” hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, dünən “Bayıl Arena”da baş tutan məşq prosesində 23 futbolçu iştirak edib.

Yeri gəlmişkən, hazırkı durumu məşqçilər korpusunu qane etməyən Mindauqas Kalonas komandadan göndərilib. Əvəzində, ukraynalı müdafiəçi Artyom Butenin baş məşqçi Emin Quliyevin etimadını qazanmağa çalışır. 26 yaşlı futbolçu barədə yaxın günlərdə yekun qərar veriləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı iyulun 22-də keçiriləcək. Oyun saat 21:00-a təyin edilib.

Həmin kateqoriyadan