- Baxış sayı: 150
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0

“Rəvan” PFK daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Allsport.az xəbər verir ki, paytaxt klubu bir həftə baxışda olan özbəkistanlı Alibobo Raxmatullayevlə müqavilə bağlamağı məqsədəuyğun sayıb.
Azad agent statusu daşıyan 24 yaşlı yarımmüdafiəçi 1,5 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, Özbəkistan millisinin heyətindən 1 oyun keçirən A.Raxmatullayev “Rəvan”da 10 nömrəli forma ilə çıxış edəcək.