- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Rəvan” PFK AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən maksimum yararlanmaq niyyətindədir. Allsport.az xəbər verir ki, elitada iştirakı gec bəlli olduğu üçün yay fasiləsində hazırlıq keçmək üçün az zamanı olan paytaxt klubu çatışmazlıqları aradan qaldırmağı planlaşdırır. “Aslanlar” bu məqsədlə təlim-məşq toplanışı üçün Zaqatalaya yollanacaqlar.
Bu gün (saat 19:00-da) “Bayıl Arena”da I divizionda mübarizə aparacaq “Şərur”la yoxlama matçı keçirəcək “Rəvan”, sabah əyalətə üz tutacaq. Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq komanda sentyabrın 9-da Bakıya dönəcək.
Toplanış dönəmində 3 yoxlama matçı nəzərdə tutulub ki, oyunların keçirilmə vaxtları və rəqiblərin kimliyi ən qısa zamanda bəlli olacaq. Emin Quliyevin rəhbərlik etdiyi kollektivin Tiflisdə Gürcüstanın elita təmsilçilərindən biri ilə də qüvvəsini sınaması nəzərdə tutulub.
Qeyd edək ki, “Rəvan” PFK Topaz Premyer Liqasının IV turunda “Neftçi”ni qəbul edəcək. Matç sentyabrın 13-də “Bayıl Arena”da keçiriləcək.