- Baxış sayı: 11
- 25 Noyabr 2024 11:20
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan “Rəvan” bu gün Bakıya dönür. Allsport.az xəbər verir ki, “aslanlar” dünən hazırlıq dönəmində son yoxlama oyununa çıxıblar.
Tiflisdə Gürcüstanın elita təmsilçisi “Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib – 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.
Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, “Rəvan” PFK ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı təmsilçisinə qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.