“Rəvan” UEFA Çempionlar Liqasında darmadağınla üzləşdi

“Rəvan” bu gün UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxıb. Allsport.az xəbər verir ki, “aslanlar”ın son Azərbaycan çempionu olan U-19 komandası Moskva “Spartak”ı ilə üz-üzə gəlib.

“Rəvan” ilk oyununu Rusiyada keçirib. Komandamız səfərdə sərfəli nəticə qazana bilsə, bir həftə sonra doğma meydanda baş tutacaq görüşdə növbəti mərhələyə vəsiqə qazanmaq şansı əldə edəcəkdi. Amma təəssüf ki, komandamız səfərdə darmadağınla üzləşib. Bu üzdən də “aslanlar”ın cavab görüşündə nəyisə dəyişməsi inandırıcı görünmür.

UEFA Gənclər Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
30 sentyabr

“Spartak” (Moskva) – “Rəvan” (Azərbaycan) – 4:0 (0:0)
Qollar: V.Panteleyev, 53 (1:0). G.Melkadze, 61 (2:0). V.Panteleyev, 79 (3:0). Z.Bakayev, 81 (4:0).
Sarı vərəqə: Ü.İsmayılov, 43. T.Babayev, 45+2. M.Əliyev, 85.
Baş hakim: Eyko Saar (Estoniya).
Moskva. “Spartak” stadionu.

“Spartak”: Suxoruçenko, Sokol, Şiqorev (Krasilniçenko, 82), Mamin, Şanbiyev, Bakayev, Poluboyarinov, Panteleyev (k), Lixaçev, Lyalyuşkin ( Malikov, 64), Melkadze (Tsiqankov, 84).
Ehtiyat oyunçular: Maksimenko, Rasskazov, Şerbakov, Qordeçuk.
Baş məşqçi: Vladimir Bezçastnıx.
“Rəvan”: Aydın Bayramov, Akkoyn Zekisinan, Cabir Əmirli, Mirəli Məmmədzadə (Mirkamil Əliyev, 63), Ürfan İsmayılov (k) (Elşad Cəbiyev, 85), Turan Babayev, Çingiz Hüseynov, Əziz İsmayılov, Tural Mamarzayev, Ceyhun Quliyev, Əlibəy Məmmədli (Kazbek Qafarov, 89).
Ehtiyat oyunçular: Abdulla Seyidəhmədov, Ülvi Kələşov, Anar Həsənov, Ülvi Ağayev.
Baş məşqçi: Zamin Əsədullayev.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan