“Rəvan” – “Xəzər Lənkəran” matçı baş tutmayacaq?

“Rəvan” rəhbərliyi növbəti mövsüm Premyer Liqada iştirak etmək üçün lisenziya almağa hazırlaşdıqlarını iddia etsə də, klubda vəziyyət pisləşib. Allsport.az saytı xəbər verir ki, futbolçular maaşlarını ala bilmədikləri üçün ötən gün etiraza əl atıblar.

Komanda üzvləri məşqə çıxmaqdan imtina ediblər. Onlar 4 aylıq borcun ödənilməsini tələb edirlər. Borc bu gün də ödənilməsə, yeni onlar məşq etməyəcəklər. Belə olan halda, “Xəzər Lənkəran”a qarşı Premyer Liqanın həlledici 36-cı tur matçına da çıxmayacağı gözlənilir. Halbuki, “Rəvan”ın yüksək dəstədə qalıb-qalmayacağı bu oyundan da asılıdır.

Futbolçular əmindirlər ki, klub rəhbərliyi onların borcunu qəsdən gecikdirir və ödəmək istəmir. Çünki yeni mövsüm öncəsi onlarla yeni müqavilələr imzalanacaq. Həmin müqavilələr də əvvəlki borclar nəzərə alınmadan bağlanacaq ki, onlar heç nə ala bilməsinlər.

Həmin kateqoriyadan