- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalaya toplanışa yollanan “Rəvan”ın əsas komandasının yoxlama matçlarında qarşılaşacağı rəqiblər bəlli olub. Allsport.az xəbər verir ki, “aslanlar” sabah Zaqatala Olimpiya Kompleksinin stadionunda yeni mövsümdə I divizionda mübarizə aparacaq “Zaqatala” klubu ilə üz-üzə gələcəklər.
Növbəti oyun isə Qəbələdə olacaq. Paytaxt təmsilçisi sentyabrın 2-də və ya 3-də şəhərin eyni adlı təmsilçisinin əvəzedici komandası ilə qarşılaşacaq.
Emin Quliyevin baş məşqçisi olduğu kollektiv hazırlıq dönəmində son oyununu Gürcüstan təmsilçisinə qarşı keçirəcək. Belə ki, “Rəvan” sentyabrın 5-də Tiflisdə qonşu ölkənin elita təmsilçisi “Saburtalo” ilə qüvvəsini sınayacaq.