YENİLƏNİB
Radik İsayev Avropa Oyunlarının da qalibi oldu!

Bu gün Bakı-2015-də taekvondoya yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, son yarış günündə mübarizəyə qoşulan Mariya Tedeyeva (+67) ümidləri doğrultmayıb. 21 yaşlı idmançı startda ukraynalı Marina Koniyevaya 4:10 uduzub.

Son dünya çempionumuz Radik İsayev (+80 kq) ilkin mərhələdən azaddır. O, 1/4 finalda Jeron Vanruiju (Niderland) ilə qarşılaşıb, 8:6 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/2 finalda sloveniyalı İvan Traykovi böyük üstünlüklə yenib – 17:2. Finalda gərgin döyüşdə Radik İsayev rusiyalı Vladislav Larinə 4:3 qalib gələrək, baş mükafata sahib çıxıb.

Qeyd edək ki, ilk 3 gündə millimiz Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqaninin sayəsində (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan