- Baxış sayı: 32
- 14 Yanvar 2025 23:20
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
“Qızıl medal qazandırdığım üçün, özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rio-2016-da fəxri kürsünün ən yüksək pilləsinə çıxan taekvondoçu Radik İsayev (+80 kq) dedi. O bildirdi ki, qalib gəlməsinə hələ də inana bilmir:
“Olimpiya oyunları sıradan bir yarışma deyil. Burada çox gözlənilməz nəticələr qeydə alınır. Hələ də şokdayam, qızıl mrdal qazanmağım yuxu kimi gəlir, inana bilmirəm. Rio-2016-ya qaxşı hazırlaşmışdım. Açıldıqca, daha da irəlilədim və hiss etdim ki, sonda böyük uğura yetişə bilərəm”.