- Baxış sayı: 11
- 28 Noyabr 2024 10:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Bakı MTK”nın rəhbəri Emil Məhərrəmov və şirkətin vəzifəli şəxsləri – Ruhin Əsgərovla Farid Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Allsport.az saytı “Report”a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarı ilə adı ilk çəkilən şəxs 14 il, digəri 9 il azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş Farid Rəhimova şərti cəza verilib. Həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər. İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.
Bu iş üzrə başqa iki nəfər – Çingiz Bağırov və Eynur Xudiyev də təqsirli bilinir və hazırda onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Zərərçəkmişlər arasında “Qarabağ”ın keçmiş futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı 2 mənzil də başqa şəxslərə satılıb. Ona ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.