- Baxış sayı: 31
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz premyer liqasının 2-ci turuna təsadüf edib. Bu, “Qarabağ”la qarşılaşmada 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib.
350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.
Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudu.