Rahid Əmirquliyev fərdi məşqlə kifayətlənib

“Qarabağ”Antalyada təlim-məşq toplanışında 1-günlük isitirahət ardındna bu gün məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, komandamız ilk çalışması yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib.

Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Futbolçumuzun sabahdan etibarən komandayla məşqlərə qoşulacağı gözlənilir. Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla 17:00-da başlayacaq.

Həmin kateqoriyadan