Rahid Əmirquliyevin son durumundan xəbər var

“Qarabağ”ın zədəli futbolçusu Rahid Əmirquliyev Almaniyaya yollandığana xəbər vermişdik. Allsport.az saytının məlumatına görə, yarımmüdafiəçisi ötən gün Münhendə müayinədən keçib. Həkimlər onun durumunun olduqca yaxşı olduğunu bildiriblər.

Bərpa dövrü qaydasında gedir. Futbolçu bu gündən məşqlərə başlayacaq. Millimizin də şərəfini qoruyan təcrübəli oyunçu Çempionlar Liqasında “Qarabağ”a kömək edə biləcək. Qeyd edək ki, “atlılar”a keçdikdən sonra 2 dəfə zədələnən Rahid Əmirquliyev Ağdam klubunun heyətində ümumilikdə 3 oyunda iştirak edib.

Həmin kateqoriyadan