- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0
Rail Məlikov “Sumqayıt”da yubiley oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Topaz premyer liqasının 4-cü turunun “Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. Arxa xətt oyunçusu 50-ci dəfə “Sumqayıt” formasında oyun keçirib.
Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.
Qeyd edək ki, Məlikov “Sumqayıt”ın tarixində 50 və daha çox premyer liqa matçına çıxan 19-cu futbolçudur.