- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Ramil Quliyev 5-ci olub. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı azərbaycanlı atlet final mərhələsində 200 metr məsafəni 20,07 saniyəyə qaçıb. Türkiyə millisinin üzvü çıxışını belə dəyərləndirib:
“Dəstək üçün təşəkkür edirəm. Təəssüf ki, hədəfimə nail ola bilmədim.
Qarşımda hələ 4/100 estafet yarışı var və bununla uzun mövsüm bitəcək. Olimpiya oyunlarına hazırlaşacağam, peşman olmağa vaxtım yoxdur”
Xatırladaq ki, həmyerlimiz 2017-ci ildə Londonda dünya çempionatında qızıl medal qazaraq, 2 qardaş ölkə idmanında tarix yazmışdı.