- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 50
- Noyabr 26, 2024
- 0
Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 32-ci turu “Qarabağ”ın 3 futbolçusu üçün yubileylə əlamətdar olub. “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub. 27 yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada 2 klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.
“Neftçi” ilə matç Rahil Məmmədovun Azərbaycan çempionatında 100-cü oyunu olub. 28 yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) formasını geyinib.
Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, premyer liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.