- Baxış sayı: 17
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
“Bakını təmsil edən “Sabah” klubunda forma geyinirəm və yeni komandamda hər şey qaydasındadır”. Allsport.az saytı xəbər verir ki, bu sözü millinin və “Sabah”ın futbolçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibəsində deyib. Hücumçu bildirib ki, yeni klubuna uyğunlaşmasında heç bir problem olmayıb:
“Bilirsiniz ki, çempionat yeni başlayıb. “Sabah”a uyğunlaşmaq üçün zamana ehtiyac olmadı. Çünki heyətdəki futbolçuları yaxından tanıyıram, bəziləri ilə milli komanda toplanışlarında iştirak etmişik. Heç bir problem yoxdur”.
Onun fikrincə, son vaxtlar cəbhə xəttində baş verənlər futbola da təsirsiz ötüşməyib: “Əlbəttə, müharibə bütün sahələrə təsir edir. Hamı narahat olur və bu barədə düşünür”.