- Baxış sayı: 22
- 26 Noyabr 2024 10:49
- Baxış sayı: 131
- Noyabr 25, 2024
- 0
Türkiyənin “Trabzonspor” klubuna keçən Ramil Şeydayev artıq Azərbaycan pasportu alıb. Allsport.az saytının xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan əsilli futbolçu ötən gün Rusiya vətəndaşlığından imtina edib. Daha doğrusu, 2-ci vətəndaşlıq alan Ramil, bundan sonra həm də Azərbaycan vətəndaşı adını daşıyır. Bu, həm də ona Azərbaycan yığmasında oynamaq şansı yaradır.
O da bildirilir ki, AFFA artıq Şeydayevin Azərbaycan vətəndaşlığını daşıması ilə bağlı FİFA-ya məktub ünvanlayıb. Azərbaycan tərəfi beynəlxalq futbol qurumunun Ramilin milli komandamızda oynamasına icazəsini gözləyir.