- Baxış sayı: 22
- 04 Fevral 2026 12:21
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

Rusiya premyer-liqasının 18-ci turunda milli futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Moskvada “Lokomotiv”lə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz start heyətdə meydana çıxıb və sonadək oynayıb.
O, 69-cu dəqiqədə sonuncu qolu vuraraq komandasını məğlubiyyətdən xilas edib. Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da matçın iştirakçısı olub. O, keçmiş klubuna qarşı 90 dəqiqə oynayıb, əlavə vaxtda əvəzlənib.
“Krılya Sovetov” 18 xalla 16 klub içində 13-cü pillədədir.