- Baxış sayı: 8
- 21 Noyabr 2024 18:28
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
«Zenit»in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev Rusiya mətbuatına açıqlama verib. Allsport.az saytının məlumatına görə, o, həmkarımızla söhbətdə, AFFA ilə danışıq aparmadığını deyib:
«Mənə Azərbaycan milli komandasında oynamaq təklif olunub. Amma qarşı tərəflə heç bir danışıq aparmıram. İndi mənim bütün fikrim Rusiya ilə bağlıdır.
Azərbaycan yığmasına hörmət edirəm. Ora atamın vətənidir. Ancaq mən Rusiya millisində çıxış etmək istəyirəm. Baş məşqçi Fabio Kapellonun dəvətini gözləyəcəyəm. Nə qədər lazımdırsa: bir, iki və ya üç il olsa belə».