- Baxış sayı: 13
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
Türkiyənin “Trabzonspor” klubunun Superliqada vəziyyəti ürəkaçan deyil. Allsport.az saytı xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin komandası cari mövsümündə geridə qalan 6 turda cəmi 6 xal toplaya bilib və hazırda 12-ci pillədədir. Qara dənizlilərin uğursuz çıxışı baş məşqçi Ərsun Yanalın da kreslosunu laxladıb. Xüsusilə son turda “Qarabükspor”a 0:4 hesablı yenilgidən sonra azarkeşlər onu istefaya səsləməyə başlayıblar.
Türkiyəli mütəxəssis isə çıxış yolunu komandada heyətlə bağlı ciddi dəyişikliklər etməkdə görür. Yanal bununla əlaqədar yaxın günlərdə klub prezidenti ilə görüş keçirəcək. Qeyd edək ki, futbolçumuz Superliqa oyunlarının heç birində iştirak ərizəsinə daxil edilməyib. O, yalnız Türkiyə kubokunda bir oyunda iştirak edib ki, həmin görüşdə də qolla yadda qalıb.