- Baxış sayı: 22
- 04 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Rusiya premyer-liqasında 20-ci turunda “Krılya Sovetov” səfərdə “Anji”ni 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Ramil Şeydayev 63-cü dəqiqədə meydana girib.
Komandasının sonuncu qolunu məhz o vurub. Həmyerlimiz 88-ci dəqiqədə penaltidən fərqlənib. Bu, Ramilin Rusiya çempionatında ardıcıl 3-cü qoludur.
Samara təmsilçisinin heyətində digər azərbaycanlı Aleksandr Səmədov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. “Krılya Sovetov” 24 xalla 10-cu yerdədir.