- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Slovakiya 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin bir müddət öncə transfer olunduğu “Jilina” qış fasiləsindən sonrakı ilk matçına çıxıb.
“Sarı-yaşıllar səfərdə autsayderlər qrupunda yer alan “Seniça” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu matçda uduzub – 0:2. Həmvətənimizin adı bu görüşün iştirak ərizəsinə salınmayıb. “Jilina” hazırda 44 xalla çempionatın vahid lideridir.