- Baxış sayı: 4
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” klubu ötən gün Türkiyə Super liqanın 11-ci turunda “Hüseyn Avni Akər” stadionunda sonuncu ev oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “bordo-mavililər” bundan sonrakı ev görüşlərini yeni inşa etdirdiyi “Ağyazı”da keçirəcək.
Təzə futbol qurğusunda ilk matç ölkə çempionatının 14-cü turuna təsadüf edəcək. Həmin gün qara dənizlilər “Adanaspor”la qarşılaşacaq. Yeni stadion 41 461 azarkeş tutumuna malikdir. Arenanın yanında klub 7 meydançaya malik baza da inşa etdirir.