- Baxış sayı: 31
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında 1-ci divizionunun yeni mövsümünün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL rəhbəri yeniliklər barədə məlumat verib:
“Yeni mövsümdə iştirakçı komandalara uğurlar arzu edirəm. 1-ci divizionla bağlı bir sıra müzakirələr oldu. Yekunda qərar verdik ki, çempionat 14 komandanın iştirakı ilə keçirilsin. Keçən il çıxışımda demişdim ki, hansı komanda başqa yollara əl atarsa cəzalanacaq. Çünki bizə idman mübarizəsi lazımdı. Ötən il AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa sübuta ehtiyac yoxdur.
Çünki od olmayan yerdən tüstü çıxmaz. Çox təəssüf ki, ötən il beynəlxalq futbol qurumlarından bir sıra məktublar aldıq. Bu isə xoş hal deyil. Odur ki, müvafiq qərarlar qəbul etdik. Müəyyən müzakirələrdən sonra yeni hədd tətbiq edildi. Limit dəyişikliyindən sonra 1-ci il ola bilər ki, çempionatın səviyyəsi yüksək olmasın. Amma zaman keçdikcə yeniliklərin faydasını görəcəyik. Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdır.
Oyunlar zamanı 5 əvəzetməyə icazə veriləcək. 14 komandanın iştirak edəcəyi yarış 2 dövrədən ibarət olacaq”.