- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA icraiyyə komitəsinin bu gün keçirilən iclasından danışıb. Allsport.az saytı xəbər verir ki, o, gərgin durumu belə dəyərləndirib: “Biz 8 klub ilə çempionat keçirmək məcburiyyətində qaldıq. AFFA və PFL iki həftədir bu məsələ üzərində iş aparırdı. Klubların da hansısa addımı atacağını gözləyirdik.
Amma bunu görmədik. Birinci divizion klubları düşünürdülər ki, bir halda ki, bunların seçim imkanı yoxdur, bizi lisenziyasız da çempionata buraxacaqlar. Amma onların Premyer Liqada oynamağa haqqı yoxdur. “Xəzər Lənkəran”la “Rəvan”a gəlincə, əlbəttə, onlar elitada qala bilərdilər. Amma hər ikisinin oyunçularına ciddi borcları var. Ona görə də 8 klub üzərində dayanmağa qərar verdik”.
Ramin Musayev oyun sayının azlığını aradan qaldırmaq üçün Liqa Kubokunun yaradılmasının mümkünlüyünə də toxunub: “Premyer Liqanın təqvimini tərtib edərkən yığma komandanın baş məşqçisi Robert Prosineçki ilə də görüşəcəyik, bu məsələni müzakirə edəcəyik. Onun təklifini gözləyirik. Əvvəllər biz Berti Foqtsun kaprizlərinə dözməli olurduq. Amma Prosineçki ilə normal müzakirə aparmaq olur. Nə vaxt təklifini versə, ona baxıb, qərar verəcəyik”.
PFL başçısı legionerlərə görə ödənilən üzvlük haqqından da söz açıb: “Biz yeni mövsümdən legionerlərə görə rüsumu 5000-ə saldıq. Əvvəllər 20 min manat idi. Fikrimcə, bu, klublara böhran vaxtı çox kömək olacaq. Bu, biz tərəfdən bir jestdir”.