- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında Topaz premyer liqasının yeni mövsümünün püşkatması keçirilib. tərbirdə Allsport.az saytı xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının təmsilçiləri, jurnalistlər, futbol ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Toplantını giriş sözü ilə açan qurumun mətbuat katibi Aslan Şahgəldiyev qısa məlumatdan sonra, rəhbərinə verib. Ramin Musayevə çıxışı zamanı bir sıra məqamlara toxunub:
“Hamınızı salamlayır, yeni mövsümdə bütün komandalara uğurlar arzulayıram. Ötənilki çempionatın sonu maraqlı keçsə də, avrokuboklarda nəticələrdən narazı qalmadığımı bildirməliyəm. Amma ümumi götürsək, futbolda hər şey mümkündür. Avrokuboklara vəsiqə qazanmış komandalarımız bu yarışa 1 ay qalmış hazırlaşır. Amma bu hazırlıq mərhələsinə qışdan başlamaq, işləri buna uyğun qurmaq lazımdı. Bu il komandaların zəif çıxışının əsas səbəbi kimi yayda edilən çoxsaylı dəyişiklikləri göstərə bilərik. Buna rəğmən reytinqdə irəliləmişik. Ümid edirik ki, “Qarabağ” reytinqdə yerimizi qorumağa və daha da irəli getməyə kömək edəcək”.
PFL prezidenti əvəzedici heyətlərin və 1-ci divizion yarışının birləşdirilməsini də şərh edib: “1-ci divizion komanda sayı az olduğu üçün, əvəzedici heyətlə onu birləşdirdik. Ümid edirik ki, gənc futbolçulara şans verməklə onların inkişafına nail olacağıq. Milli komandanın baş məşqçisi Qurban Qurbanovla tez-tez danışırıq. Reallıq odur ki, futbolçu qıtlığı var. Bu gün Ruslan Abışov zədələnib, amma alternativi yoxdur. Təəssüflər olsun ki, bu gün aşağı yaş qruplarında vəziyyət o qədər də yaxşı deyil”.
Ramin Musayev bildirib ki, ötən il adı oyun alğı-satqısında hallanmış komandaların yarışa buraxılmayacaq: “Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. 1-ci divizion təmsilçilərindən 6-sı yarışa qatılmalıdı. Dəqiqləşdikdən sonra püşkatma mərasimi olacaq. Əgər hansısa komanda yarışda olmasa, deməli, adı az-çox danışılmış oyunlarda hallanıb”.
O, yeni yaradılmış komandaların 1-ci divizionda iştirak etmək potensialı ilə bağlı verilən sualı da cavablandırdı: “Yeni yaradılmış komandaların taleyini icraiyyə komitəsinin iclasında qaldırdım. Dəfələrlə görmüşük ki, yeni gələn klubların ömrü bəzən 2 ay olur. İstəmirik ki, belə hallar çempionata təsir etsin. Qərara gəldik ki, yeni yaradılan komandalar ən azından 1 il öz hesabına oynasın, görək regional liqada çıxış edə biləcəklərmi? Ondan sonra 1-ci diviziona gəlmək məsələsinə baxarıq. Yeni yaradılmış komandalarla bağlı mövqeyimiz icraiyyə komitəsinin iclasından sonra açıqlanıb”.
Xatırladaq ki, Topaz premyer liqasında 2018/2019-cu illər mövsümünün ilk turu 11-12 avqust tarixlərində baş tutacaq.