- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Premyer liqanın yeni mövsümümün açılış matçında «Neftçi» öz meydanında «Qarabağ»a 1:3 məğlub oldu. Azərbaycan derbisindən sonra PFL-in prezidenti allsport.az saytına açıqlama verdi. Ramin Musayev bildirdi ki, bir oyunla işə qiymət vermək düzgün deyil:
«Bu gün «Neftçi» azarkeşlərini sevindirə bilmədi. Amma bir şeyi nəzərə almaq lazımdır: «Qarabağ» oturmuş komandadır, «Neftçi» yay mövsümündə xeyli yeni futbolçular alıb.
Baxmayaraq ki, bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayıb, komanda üzrləri hələ bir-birləri yaxşı tanımırlar. «Qarabağ » isə avrokuboklarda oyun keçirib, bunlar şərtdir.
«Neftçi»yə 4-5 turdan sonra qiymət vermək olar. Hər 2 klubu təbrik edirəm. «Neftçi»də yerli futbolçular əvəzləndikdən sonra, komanda yaxşı oynamağa başladı».