Ramin Musayev yenə PFL prezidenti seçilib

Bu gün Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.

Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər. Yeganə namizəd olan Ramin Musayev növbəti müddətə PFL prezidenti seçilib.

Qurumun yarandığı gündən ona rəhbərlik edən futbol adamı, artıq 3-cü dəfə bu kürsüdə əyləşir.

Həmin kateqoriyadan