- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev biznesini böyüdüb. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, keçmiş polis əməkdaşı Fransada kafe-restoran açıb. Əyləncə obyektinin Parisin mərkəzində fəaliyyətə başladığı deyilib.
Onun bu ölkəyə son səfəri bu günlərdə gerçəkləşib. Ramin Musayev həm ziyarət, həm ticarət edub. Oğlu Elvin Musazadə 3 ilə yaxındır Fransada yaşayır və oxuyur. Biznesin idarəetməsi üzrə ali təhsil alır. PFL prezidentinin övladına baş çəkməsi futbol qurumundan da təsdiqləyiblər.