- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan kubokunun püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdən sonra PFL prezidenti Ramin Musayev ölkə futbolunun son durumu barədə danışıb. Sitat:
“Ümid edirəm ki, kubok ən güclü komandanın olacaq. Əlimizdən gələni edəcəyik ki, hər bir oyunda meydanda feyr-pley qaydaları hökm sürsün. Biz futbolda birinci ilimizi keçirmirik və ədalətli oyun istəyirik. Hakimlər də insandırlar, səhv edə bilərlər. Biz onlara haqq qazandırmırıq.
Onlarla görüşmüşük, səhvlərini müzakirə etmişik. Orada da fikirlər haçalanır, bəziləri qayda pozuntusu olduğunu deyir, bəzisi yox. Mən onları müdafiə etmirəm, haqq qazandırmıram. Amma tələsik qərarlar çıxarmaq lazım deyil. Bizdə sifarişli hakimlər yoxdur. Bu, mümkün də deyil.
Gəlin olandan danışaq. Deyirlər ki, biz “Qarabağ”a kömək edirik. Bu, hakimlərin nəyinə lazımdır? Bu qədər hakim səhvindən danışmaq nəyə lazımdır? Futbolçuların, məşqçilərin səhvlərindən danışmaq lazımdır. Bizim işimiz təmiz çempionat keçirməkdir”.