- Baxış sayı: 23
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 16-cı turunda “Sumqayıt” – “Qarabağ” görüşü Xorvatiya mətbuatının gündəminə düşüb. Allsport.az saytı xəbər verir ki, qonaqlardan Filip Ozobiçin 20-ci dəqiqədə vurduğu qol həmyerlilərinin təəccübünə səbəb olub.
Yarımmüdafiəçinin zərbəsindən sonra top toru yararaq qapını tərk etmiş və bunun nəticəsində hakimlər çaş-baş qalmışdı. Xorvatiya KİV-də həmin epizodla bağlı bunlar qeyd olunub:
“Keçmiş “Hayduk”lunun qolu zamanı dünya futbolunda nadir baş verən hadisələrdən biri yaşandı. Top çərçivədən kənara çıxdı və ciddi müzakirə mövzusuna çevrildi. Hakim əvvəlcə qolu saymaq istəmirdi. Ancaq sonradan düzgün qərar verdi”.
Qeyd edək ki, premyer liqada duruma peşəkar futbol liqası cavabdehdir. Qurumun rəhbəri Ramin Musayevdir.