- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
17 yaşadək futbolçulardan ibarət millmiz Avropa çempionatının ilkin seçmə mərhələsində Çex Respublikası ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, səfərdə keçirilən oyunda rəqib 2:0 qalib gəlib. Görüşdən sobra baş məşqçimiz Ramin Quliyev bunu deyib:
“Çexlərin qrupun aşkar favoriti olması hamıya məlumdur. İlk oyunda meydan sahibi Albaniya yığmasını böyük hesabla məğlub etmişdilər. Norveç yığması ilə oyundakı məğlubiyyət futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı. Uşaqlar bu oyuna çox istəkli çıxmışdılar. Meydanda əzmkar və istəkli komanda vardı.
Futbolçular hər top uğrunda mübarizə apardılar. İlk hissədə rəqibə demək olar ki, oyun qurmağa imkan vermədik. Çex yığması səhvimizdən istifadə edib hesabı açmağı bacardı. Qoldan sonra futbolçularımız oyun intizamını qoruyub mübarizəni davam etdirdilər. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq.
Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq. Ancaq oyunun başa çatmasına 2 dəqiqə qalmış qapımızdan növbəti qolu buraxdıq. Çalışacağıq ki, növbəti oyunda daha istəkli və keyfiyyətli oyun nümayiş etdirək”.