- Baxış sayı: 10
- 28 Noyabr 2024 13:41
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Azərbaycan premyer liqasının VIII turunda evdə “Qarabağ”la qarşılaşan “Sabah” matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Görüşdən sonra Bakı təmsilçisinin baş məşqçisi Ramin Quliyev oyunla bağlı fikirlərini bildirib.
Allsport.az xəbər verir ki, Quliyev matçın böyük hissəsini azlıqda oynadıqlarına baxmayaraq, komandanın yaxşı təsir bağışladığını qeyd edib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Zədə və cəza səbəbindən 5 futbolçumuzun yoxluğuna baxmayaraq, komanda bu gün “Qarabağ” kimi rəqibə qarşı yaxşı mübarizə apardı. İlk hissədə azlıqda qalmağımıza, matçın böyük hissəsində 10 nəfərlə mübarizə aparmağımıza rəğmən meydanda əsl komanda gördüm. Əlbəttə, məğlub olduq. Lakin dediyim kimi, bu gün komandanın güclü rəqibə qarşı azlıqda qaldıqdan sonra belə yaxşı oyun sərgiləməsi, meydanda xarakter göstərməsi qürurvericidir”.