- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 118
- Mart 29, 2026
- 0

Allsport.az xəbər verir ki, PSJ-nin prezidenti Nəsir Əl Xələfi və futbol müşaviri Luis Kampos Serxio Ramosa yeni müqavilə təklifi göndərib. Saziş 1 illik olub.
Lakin müqaviləni uzatmaq təklifi Serxio Ramosu qane etməyib.
Müqavilədə futbolçunun maaşının 2 dəfə azaldılması nəzərdə tutulurdu. Ona görə müdafiəçi bunu rədd edib.
37 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi mövsümün sonuna kimi hesablanıb.