- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Rumıniyanın “Rapid” klubunun sahibi Dan Şuçu, həmyerlisi Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyin olunmasından bəhs edib. Allsport.az saytı xəbər verir ki, o, “Fanatik” qəzetinə açıqlamasında, 44 yaşlı mütəxəssisin 5-6 qat yüksək məvacib təklifi aldığı üçün komandada qalmadığını deyib:
“Xəyanət haqda danışmaq asandır, amma yüksək iqtisadi təzyiqi və 5-6 dəfədən çox maaş təklifi alırsa, çətindir. Mutunu saxlamaq üçün danışıqlar apara bilərdim, ancaq maaş fərqi böyük idi”.
2022/2023 mövsümündə “Rapid”in başında olan Mutu, bu ilin iyulunda Bakı klubunu çalışdırır.