- Baxış sayı: 26
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
“Bu gün Azərbaycan dövləti prezident, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük 2-ci Vətən müharibəsindəki Zəfərdən sonra dünyaya bir çox mesajlar verməkdə davam edir. Azərbaycan dünyada iqtisadi cəhətdən dayanıqlı və davamlı inkişaf edən, beynəlxalq qurumların etibarını qazanan və söz sahibinə çevrilən dövlət kimi özünü təsdiqləyib.
Vətən müharibəsində şanlı zəfərdən altı aydan bir qədər çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanın Formula-1 kimi dünya miqyaslı beynəlxalq yarışa, futbol üzrə Avropa çempionatının bir neçə oyununa ev sahibliyi etməsi ölkəmizin qısa zaman kəsiyində toparlanaraq inkişafını davam etdirməsinin, iqtisadi və siyasi qüdrətinin, təhlükəsizliyini təmin etməsinin, yüksək təşkilatçılıq qabiliyyətinin və etibarlı tərəfdaş olmasının əyani göstəricisidir”.
Bunu Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov Azərtac.az-a açıqlamasında deyib. o, beynəlxalq əhəmiyyətli yarışların 2-ci Qarabağ savaşından qısa müddət sonra ölkəmizdə uğurla təşkilinin həm də turizm sahəsində böyük potensiala malik Azərbaycanın əməkdaşlığa daim açıq olmasının göstəricisi kimi də dəyərləndirib:
“Bu gün böyük turizm potensialı ilə diqqəti cəlb edən Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasından sonra müxtəlif ölkələrdən daha çox turist qəbul etmək iqtidarında olacaq. Azərbaycan kifayət zəngin kadr potensialına və yüksək idarəetmə qabiliyyətinə malik qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyev də çıxışlarında xüsusi vurğulayır ki, Azərbaycan dünyanın bir parçası olaraq sülhün və sabitliyin möhkəmləndirilməsində, əməkdaşlığın genişləndirilməsində, iqtisadiyyatın inkişafında və xarici sərmayələrin cəlb olunmasında maraqlı ölkədir.
Bu, bir daha Azərbaycanın dünyada nüfuzunun və çəkisinin əyani sübutudur. Yüz milyonlarla izləyici auditoriyasına malik mötəbər beynəlxalq yarışların, o cümlədən Formula-1 Azərbaycan qran-prisinin, futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç oyunun və bir 1/4 final matçının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanı dünyaya bir daha yaxından tanıdır”.