- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
AFFA-nın 1-ci vitse-prezidenti Rauf Əliyev Bolqarıstana səfərində bu ölkənin futbol federasiyasının prezidenti Borislav Mixaylovla görüşüb. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının təşkili barədə səmərəli müzakirələr aparılıb.
Rauf Əliyev həmçinin, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş AFFA-nın baş katibi Elxan Məmmədovun seçki platformasını Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, Borislav Mixaylov UEFA İcraiyyə Komitəsinin üzvü, bu qurumun futzal və çimərlik futbolu komitəsinin sədri, futbol komitəsinin sədr müavinidir.