- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Albaniya superliqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, milli futbolçumua Rauf Əliyevin çıxış etdiyi “Kukesi” doğma meydanda “Laçi” ilə qarşılaşıb.
Ev sahibləri bu matçdan böyük hesablı qələbə ilə ayrılıblar (3:0). Hücumçumuz start heyətdə meydana çıxıb. O, komandasının qələbəsində də xüsusi pay sahibi olub. 61-ci dəqiqədə məhz onun qapıya ünvanladığı top hesabın açılması ilə nəticələnib.
“Kukesi”nin sosial şəbəkələrdəki səhifələri həmin qolu məhz Raufun vurduğunu vurğulasa da, digər internet resurslarında avtoqol qeydə alındığının şahidi oluruq. O, 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Şimal-şərqlilər” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədədir.